Bakıda avtobus piyadanı vuraraq hadisə yerindən qaçıb

Bakıda avtobus piyadanı vuraraq hadisə yerindən qaçıb
# 14 oktyabr 2015 11:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda avtobus qəza törədib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 12-də saat 17 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində qeydə alınıb. Müəyyən edilməmiş avtobusla Bakı şəhər sakini Şüküfə Hüseynova vurulub və o, xəstəxanaya yerləşdirilib.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR