Yanvar-aprel aylarında 140-a yaxın çoxmərtəbəli bina qazlaşdırılıb

Yanvar-aprel aylarında 140-a yaxın çoxmərtəbəli bina qazlaşdırılıb
# 04 may 2016 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azəriqaz" İstehsalat Birliyi 2016-cı ilin yanvar-aprel aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 139 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib.

"Azəriqaz" İB-dən "APA-Economics"ə verilən məlumata görə, həmin binalarda ümumilikdə 4994 ailə yaşayır.

İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR