Tatyana Geltman: "Azərbaycanın aqrar sektorunun infrastrukturu və istehsal texnologiyası olduqca aşağı səviyyədədir"

Tatyana Geltman: "Azərbaycanın aqrar sektorunun infrastrukturu və istehsal texnologiyası olduqca aşağı səviyyədədir"
# 13 aprel 2016 11:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. "Azərbaycan Avropaya xurma ixrac edən ölkələrin siyahısına liderlik etməyi bacarıb. Bundan başqa, Azərbaycan Şərqi Avropaya nar ixrac edən ölkələrin siyahısında da öncül yerləri tutur. Bütün bunlara baxmayaraq, hazırda Azərbaycanda meyvə-tərəvəz bazarının inkişafını əngəlləyən bir sıra problemlər var". "APA-Economics" xəbər verir ki, bu barədə Bakıda keçirilən Kənd təsərrüfatı konqresində çıxışı zamanı beynəlxalq ekspert Tatyana Geltman deyib.

Onun sözlərinə görə, Azərbaycan meyvə-tərəvəz bazarının inkişaf etdirilməsi üçün bir sıra üstünlüklərə malikdir ki, bunlardan biri də əlverişli coğrafi mövqeyidir: "Bu, azərbaycanlı fermerlərə ildə bir neçə dəfə məhsul yığmağa və satış sezonunun uzadılmasına imkan verir".

Ekspert bildirib ki, son illər yerli bazar iştirakçıları aktiv şəkildə logistika infrastrukturuna investisiya yatırır. "Buna baxmayaraq, infrastruktur və istehsal texnologiyası olduqca aşağı səviyyədədir. Bu səbəbdən meyvə-tərəvəz məhsuldarlığı başqa ölkələrə nisbətən 30-50% aşağıdır".

Mütəxəssisin fikrincə, Azərbaycanın ixrac coğrafiyasının məhdud olması da ölkəmiz üçün problemlər yaradır. "Azərbaycan istehsal etdiyi məhsulların 90%-ini Rusiyaya ixrac edir. Lakin ixrac sezonu 1-2 aydan ibarətdir. Ən böyük problemlərdən biri də odur ki, son zamanlar Rusiya özünü etibarsız tərəfdaş kimi tanıdıb".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR