AZAL və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edib

AZAL və müğənni Miri Yusif “Göy Təyyarə” videoçarxını təqdim edib
# 25 yanvar 2016 12:36 (UTC +04:00)

Bakı - APA. Milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" QSC (AZAL) baş rolda məşhur azərbaycanlı müğənni Miri Yusifin çəkildiyi “Göy təyyarə” adlı musiqili videoçarx hazırlayıb.

AZAL-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, videoçarxda müğənni böyük şöhrət qazanmış "Ağ Təyyarə" kompozisiyana uyğunlaşdırılan versiyanı ifa edir.

Videoçarx Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində çəkilib.

"AZAL-ın öz işinə peşəkar yanaşması və yüksək xidmət səviyyəsi ölkənin qürurudur. AZAL-dan dəvət almaq mənim üçün böyük şərəf idi", - deyə Miri Yusif qeyd edib.

https://www.youtube.com/watch?v=90Y_0KBhz-E

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR