Avtobus sürücüsünü öldürən şəxsin məhkəməsi başlayıb

Avtobus sürücüsünü öldürən şəxsin məhkəməsi başlayıb
# 12 fevral 2016 08:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində avtobus sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Bəhruz Babverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası fevralın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi keçən ilin oktyabrında Sumqayıt şəhərində baş verib. Sumqayıt sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib. S.Ağayev xəstəxanaya aparılarkən yolda ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR