Dələduzluqda təqsirləndirilən şəxslərin barələrində hökmdən verilən protest və şikayət təmin edilməyib

Dələduzluqda təqsirləndirilən şəxslərin barələrində hökmdən verilən protest və şikayət təmin edilməyib
# 08 oktyabr 2016 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən şəxslərin barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən isə verilən apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə protesti və şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dələduzluqda təqsirləndirilən Mehdi Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bahəddin Ələkbərov və Camal Allahverdiyevə isə bəraət verilib. Hökmdən narazı qalan prokuror protest verərək onların həbsini istəyib. Zərərçəkmiş şəxslər də həmin şəxslərin həbs olunmaları haqqında apellyasiya şikayəti veriblər.

M. Məmmədov Bakı şəhərində 56 min manata mənzil alıb, daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıb. C. Məmmədova ilə M. Məmmədov arasında qeyri rəsmi ər-arvad münasibəti olub.

Sonradan C. Məmmədova evin 56 min manata alındığını, ona 70 min manata satıldığını bilib. O, Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. Mehdi ona evi verdiklərini və pulu qaytarmayacaqlarını deyib. Bu zaman Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi Cəmiləni döyüb. Cəmilə döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub.

Bundan sonra C. Məmmədova M. Məmmədov və digər şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

Onun şikayəti əsasında M. Məmmədov, B. Ələkbərov və C. Allahverdiyev həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR