Azərbaycandan Türkiyənin daha iki hava limanına birbaşa uçuşlar həyata keçiriləcək

Azərbaycandan Türkiyənin daha iki hava limanına birbaşa uçuşlar həyata keçiriləcək
# 23 yanvar 2016 09:24 (UTC +04:00)

APA-Economics”in “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər nazir Mövlud Çavuşoğlu deyib.

M. Çavuşoğlu Qazipaşa və Alanyaya birbaşa aviareyslərin Almaniya aviaşirkəti tərəfindən təşkil ediləcəyini bildirib. Onun sözlərinə görə, şirkət həftədə 4 gün, 3 ayrı-ayrı şəhərdən aviareyslər təşkil edəcək.

Türkiyə XİN rəhbəri Azərbaycan, Çexiya və Danimarkadan da aviareyslərin həyata keçiriləcəyini bildirib. O qeyd edib ki, hazırda məsələ ilə bağlı danışıqlar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR