Binəqədidə “Onların arzuları üçün birləşək” sosial aksiyası keçirilib

Binəqədidə “Onların arzuları üçün birləşək” sosial aksiyası keçirilib
# 29 iyul 2016 15:09 (UTC +04:00)

Bakı-APA. Binəqədi rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi, Binəqədi bələdiyyəsinin və rayonda yerləşən “İdrak” liseyinin təşkilatçılığı ilə “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili” gününə həsr olunmuş “Onların arzuları üçün birləşək” adlı sosial aksiya keçirilib.

RİH-dən APA-ya bildirilib ki, aksiyada Binəqədi rayonunda yerləşən 272 saylı körpələr evi - uşaq bağçasının balaca fidanları iştirak ediblər. Onlar üçün maraqlı bir gün təşkil olunub və müxtəlif personajların geyimlərini əks etdirən balacalar Binəqədi rayonunda tura çıxıblar. Onlar Azadlıq prospekti və Heydər Əliyev adına istirahət parkını gəzərək müxtəlif personajları nümayiş etdirib, ətrafda olan insanlarda xoş əhval-ruhiyyə yaradıblar.

“Onların arzuları üçün birləşək” adlı sosial aksiya davamlı olacaq. Aksiyanın əsas məqsədi məktəbəqədər müəssisələrdə təhsil alan aztəminatlı ailələrin uşaqları daxil olmaqla ümumillikdə uşaqlar üçün önəmli günlərdə onların arzu və istəklərini həyata keçirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR