Biləsuvarda ata oğlunu güllələyib

Biləsuvarda ata oğlunu güllələyib
# 18 iyul 2016 10:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Biləsuvarda ata oğlunu güllələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 16-da Biləsuvar rayonunda yaşayan Qərib Xanhüseynov evində ailə-məişət münaqişəsi zəminində tüfəngdən atəş açaraq oğlu Xəqaniyə ayaq nahiyələrindən xəsarət yetirib.

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Xanhüseynov saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi “İJ-58” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR