Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 26 oktyabr 2015 10:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisı oktyabrın 25-də saat 21.00 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Goradil qəsəbə sakini Pərviz Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Sabir Cəlilovu vurub. Nəticədə S. Cəlilov hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR