Azərbaycan gömrükçüləri nəzarətdən yayındırılan külli miqdarda qızıl-zinət əşyasını müsadirə edib

Azərbaycan gömrükçüləri nəzarətdən yayındırılan külli miqdarda qızıl-zinət əşyasını müsadirə edib
# 21 yanvar 2016 09:32 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Ramiz Bəşirova məxsus baqaj Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən rentgen aparatı ilə yoxlanılarkən monitorda zərgərlik məmulatına bənzər əşyaların təsvirləri görünüb.

DGK Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təkrar yoxlama zamanı R. Bəşirova məxsus iki çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim edilməyən, ümumilikdə 19 ədəd qolbaq, 15 ədəd boyunbağı, 14 cüt sırğa və 1 ədəd üzük aşkar olunub.

İş üzrə izahatında R. Bəşirov aşkar edilən qızıl-zinət əşyalarının ona məxsus olduğunu və İstanbul şəhərində əldə etdiyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR