İsmayıllıda usta nərdivandan yıxılaraq ölüb

İsmayıllıda usta nərdivandan yıxılaraq ölüb
# 27 sentyabr 2016 10:26 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov-APA. İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Tircan kəndində qeydə alınıb. İsmayıllı şəhər sakini, 1960-cı il təvəllüdlü Mehdiyev Mehdi Rza oğlu Tircan kəndində qohumunun evində usta kimi işləyərkən nərdivana çıxanda ehtiyatsızlıq edərək yıxılıb.

Başı yerə dəyən usta orada ölüb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR