Polşanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər

Polşanın sabiq prezidentləri IV Qlobal Bakı Forumunda iştirak edəcəklər
# 26 fevral 2016 14:06 (UTC +04:00)

Bakı-APA. Polşanın sabiq prezidentləri Aleksandr Kvasnevski və Branislav Kamarovski martın 10-da Bakıya səfər edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən səfərin məqsədi martın 10-11-də komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan IV Qlobal Bakı Forumunda iştirak etməkdir.

Sabiq prezidentlər “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumun işində münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi bir çox qlobal məsələlərin müzakirəsinə qatılacaqlar.

Qeyd edək ki, Nizami Gəncəbi Beynəlxalq Mərkəzinin üzvü Aleksandr Kvasnevski ötən il Bakıda keçirilən III Qlobal Bakı Forumunda da iştirak edib. Aleksandr Kvasnevski 1995-2005-ci illərdə Polşa Respublikasının prezidenti seçilib. Branislav Kamarovski isə 2010-2015-ci illər ərzində Polşaya rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR