Pakistan Senatının müdafiə daimi komitəsi Dağlıq Qarabağda keçirilən “seçkilər”i pisləyib

Pakistan Senatının müdafiə daimi komitəsi Dağlıq Qarabağda keçirilən “seçkilər”i pisləyib
# 15 sentyabr 2015 10:14 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda komitənin qanunsuz “seçkiləri” qəti şəkildə pislədiyi bildirir.


Sənəddə qeyd edilir ki, Ermənistan Azərbaycana qarşı müharibəyə başlayıb, zorakılıq yolu ilə Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal edib, habelə bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə və digər ağır cinayətlər törədib:

“Bu qanunsuz seçkilərin keçirilməsi beynəlxalq hüquq normalarının aşkar şəkildə pozulmasıdır və sülh danışıqlarına zərbədir. Bu, Ermənistan tərəfinin Azərbaycan ərazilərinin işğalını legitimləşdirmək istiqamətində atılmış növbəti addımı və eyni zamanda silahlı münaqişənin siyasi həllində səmimi şəkildə maraqlı olmamasının aydın təzahürü, bu ölkənin təxribatlar və gərginləşdirmə yolu seçməsinin göstəricisidir”.

Bəyanatda vurğulanır ki, komitə beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır. “İnanırıq ki, münaqişənin davamlı və uzunmüddətli həllinin yeganə yolu Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələrinin icrasının təmin edilməsidir”, - deyə sənəddə qeyd olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR