Türkiyə və Rusiya birgə investisiya fondunun yaradılmasına $1 mlrd. yatırır

Türkiyə və Rusiya birgə investisiya fondunun yaradılmasına $1 mlrd. yatırır
# 09 oktyabr 2016 05:50 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya və Türkiyənin birgə yaratdığı investisiya fondunun kapitalının həcmi $1 mlrd. təşkil edəcək. “APA-Economics” xəbər verir ki, bu barədə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.
“İlkin mərhələdə hər iki tərəfin $500 mln. yatıracağı planlaşdırılır. Bununla da fondun ilkin kapitalı $1 mlrd. təşkil edəcək”, - deyə nazir bildirib.
N. Zeybekçi əlavə edib ki, ehtiyac yarandığı halda, sonrakı mərhələlərdə fondun kapitalı artırıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR