“Microsoft”un maliyyə gəlirləri son 7 ildə ilk dəfə azalıb

“Microsoft”un maliyyə gəlirləri son 7 ildə ilk dəfə azalıb
# 20 iyul 2016 08:34 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Microsoft” maliyyə gəlirlərini açıqlayıb.

APA-Economics”in Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, şirkətin açıqladığı rəqəmlərdə illik və sonuncu rüb gəlirlərinin azaldığı müşahidə olunur.

Ümumilikdə gəlirləri əvvəlki ilə görə 8,8% azalaraq 85,3 mlrd. dollara düşən şirkət, ötən ildə 93,6 mlrd. dollar gəlir əldə edib.

Bununla da 2009-cu ildən bu yana ilk dəfə “Microsoft”un maliyyə gəlirlərində azalma müşahidə olunub.

Şirkətin mənfəəti isə 7,7% azalaraq 16,8 mlrd.a enib.

Qeyd edək ki, “Microsoft” ötən il 18,2 mlrd. dollar mənfəət əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR