Göygöldə avtomobil təmir edərkən xəsarət alan sürücü ölüb - YENİLƏNİB

Göygöldə avtomobil təmir edərkən xəsarət alan sürücü ölüb - <span style="color: red;">YENİLƏNİB
# 04 oktyabr 2016 10:58 (UTC +04:00)

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, avtomobili təmir edərkən açır xəsarət alan Xəqani kənd sakini 1984-cü il təvəllüdlü İlham Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, İ. Həsənov “KamAZ” markalı avtomobilin təkərini təmir edərkən təkər partlayıb, təkərdəki dəmir həlqə onun başına dəyib.

***

12:12

Göygöl. Azər Məmmədli – APA. Göygöl rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xəqani kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü İlham Həsənov avtomobilinin təkərini təmir edən zaman dəmir parçası onun başına dəyib. Ağır xəsarət alan İ. Həsənov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR