Erməni mətbuatı azərbaycanlı qadının Ermənistan ərazisinə keçməsi barədə məlumat yayıb

Erməni mətbuatı azərbaycanlı qadının Ermənistan ərazisinə keçməsi barədə məlumat yayıb
# 07 iyun 2016 22:50 (UTC +04:00)

Tovuz. Azər Məmmədli-APA. Erməni mətbuatı Tovuz rayonu Yanıqlı kənd sakini 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistan tərəfinə keçməsi barədə məlumat yayıb. APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Məlumata görə, hazırda qeyd olunan şəxslə bağlı əlavə məlumatların və onun erməni tərəfinə keçməsinin təfərrüatlarının müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Erməni mətbuatının xəbərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə artıq məlumatlandırılıb.

Qeyd edək ki, Yanıqlı kəndinin aid olduğu olduğu Polis Bölməsindən APA-nın qərb bürosuna bildirilib ki, polisə qeyd olunan məsələ ilə bağlı heç bir məlumat daxil olmayıb.

Polisdən həmçinin Zöhrə Vardzar qızı Vəliyeva adlı şəxsin Yanıqlı kəndində yaşamadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR