İsmayıllıda təbii fəlakətin avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır

İsmayıllıda təbii fəlakətin avtomobil yollarına vurduğu ziyan aradan qaldırılır
# 13 iyun 2016 08:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır.

"Azəravtoyol" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayiət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.

Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR