Futzal üzrə Azərbaycan millisi Avropa çempionatındakı çıxışını 1/4 finalda başa vurub

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatındakı çıxışını 1/4 finalda başa vurub
# 09 fevral 2016 21:37 (UTC +04:00)

Bakı-APA. Futzal üzrə Avropa çempionatının final mərhələsində 1/4 finalın daha bir oyunu baş tutub. Apasport.az saytının məlumatına görə, yarımfinala vəsiqə uğrunda mübarizə aparan Azərbaycan millisi Rusiya ilə qarşılaşıb.

İtaliya (0:3) və Çexiya (6:5) ilə qarşılaşmalardan sonra D qrupunda 2-ci yeri tutan komandamız C qrupunun qalibi - Rusiyaya qarşı oyunda növbəti tura vəsiqə axtarışına çıxıb.

İlk hissəsi maraqlı mübarizə şəraitində keçən qarşılaşmada hesabı ruslar açıb. Çox keçmədən isə millmiz bərabərlik qolunu vurub. Ancaq fasiləyə qədər daha bir dəfə fərqlənən şimal qonşularımız hissəni öndə bitirib.

İkinci yarı isə millimiz üçün uğursuz olub. Daha dörd dəfə Rövşən Hüseynovu məyus edən ruslara sadəcə bir qolla qarşılıq verən Tino Perezin yetirmələri qarşılaşmadan 2:6 hesablı məğlubiyyətlə ayrılıb.

Bununla da milli komandamız Avropa çempionatındakı çıxışını başa vurub.

Futzal üzrə Avropa çempionatının final mərhələsi

1/4 final

9 fevral

Rusiya – Azərbaycan - 6:2

Qollar: Abramov, 7, 26, Romulo, 15, Eder Lima, 25, 39, 40 - Avqusto, 8, 28

Belqrad. “Belqrad Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR