Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Fevral
# 08 fevral 2016 17:10 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Çinin valyuta ehtiyatları son səkkiz ayda 19 faiz azalıb. Milli təqvimlə Yeni ili qarşılamağa hazırlaşan Çindən gələn bu xəbər neftin qiymətlərini yenidən geriyə çəkib. Səhər seanslarında dəyərə minən “qara qızıl” yenidən sürətlə ucuzlaşmağa başlayıb və bu ucuzlaşma təkcə Çin iqtisadiyyatının durumu ilə bağlı deyil. Bu gün Avropa fond bazarı da mini böhranla üzləşib, əsas indekslər 2-3 faiz aşağı düşüb. Analoji situasiya ABŞ birjalarında da müşahidə olunur. Fond bazarlarındakı durğunluq bir müddət davam edərsə, neftin qiymətinin sürətlə ucuzlaşacağı qaçılmazdır. Dünya iqtisadiyyatının durumu, neftin və milli valyutaların dəyəri həm də Federal Ehtiyat Sisteminin rəhbəri Canet Ellenin açıqlamalarından asılı olacaq. Birjaların reaksiyası həm də bu açıqlamaya köklənib. Ehtimallara görə, Federal Ehtiyat Sistemi dolların faiz dərəcəsini dəyişməmək barədə qərar qəbul edəcək, hətta faiz dərəcələrinin ilin sonuna kimi stabil saxlayacaq. Bu xəbərlər ümumilikdə neftin qiymətlərinə mənfi təsir göstərir. Qiymətlər həm də ABŞ-ın neft və benzin ehtiyatlarının həcminin təzyiqi altındadır, bu təzyiq bu həftə də neftin başı üzərində Damokl qılıncı kimi dayanıb. Qiymətlərə siyasi amillərin təsirini də əlavə etsək, o zaman bu həftə “qara qızıl”ın hələ də dəyər itirəcəyini söyləmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR