Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin oktyabr ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Unicapital" ASC başçılıq edib.
Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 241 mln. 302 min 741,32 manat olan broker xidmətləri göstərib.
İkinci yeri ümumi həcmi 54 mln. 119 min 964,58 manat olan broker xidmətləri göstərmiş "Paşa Kapital" MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 32 mln. 776 min 478,38 manatla "AzFinance Invest" MMC qərarlaşıb.
Brokerlərin oktyabr ayı üçün renkinqi:
2015-cü il oktyabr ayı üzrə BFB-nin DQK və KQK bazarı sektorunda (repo əməliyyatlar istisna olaraq)
göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
Xidmətlərin həcminə görə cari yeri |
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əməliyyatların həcmi (AZN) |
1 |
4 |
"Unicapital" ASC |
241,302,741.32 |
2 |
1 |
"Paşa Kapital"MMC |
54,119,964.58 |
3 |
5 |
"AzFinance Invest" MMC |
32,776,478.38 |
4 |
6 |
"Xalq Kapital" MMC |
1,938,605.23 |
5 |
2 |
"Brokdil-AZ" MMC |
1,000,000.00 |
6 |
10 |
"Çelsi Kapital" MMC |
286,555.60 |
7 |
7 |
"Texnika Kapital Menecment" MMC |
220,490.00 |
8 |
3 |
"BoB Broker" MMC |
5,422.08 |
9 |
8 |
"Standard Kapital" MMC |
5,422.08 |
Qeyd: DQK – dövlət qiymətli kağızlar; KQK – korporativ qiymətli kağızlar