İranda ev heyvanları arasında dabaq xəstəliyi yayılıb

İranda ev heyvanları arasında dabaq xəstəliyi yayılıb
# 06 may 2016 20:29 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev. APA. İranın Şərqi və Qərbi Azərbaycan əyalətində dabaq xəstəliyi sürətlə yayılır.

APA-nın Tehran bürosunun məlumatına görə, ötən bir neçə gün ərzində dabaq xəstəliyi Şərqi Azərbaycan əyalətinin bir neçə şəhərində, xüsusilə Əhər şəhəri bölgəsində geniş formada yayılıb.

Xəstəliyin geniş yayılması Əhərin ətraf kəndlərində mal-qaranın kütləvi şəkildə qırılmasına səbəb olub. Rəsmi məlumata görə, indiyədək 400 başdan çox mal-qara tələf olub. Əhər və ətraf bölgələrdə mal-qaranın satışı dayandırılıb, karantin qoyulub, xəstəliyin qarşını almaq məqsədi ilə nəzarət gücləndirilib. Ötən bir neçə gün ərzində Əhərə 45 mindən çox peyvənd gətirilib.

Qərbi Azərbaycan əyalətinin Mehabad şəhər ətrafındakı kəndlərdə də mal-qara arasında dabaq xəstəliyi geniş yayılıb. Baytarlar xəstəliyin geniş yayılmasına səbəb kimi əyalətdə peyvənd dərmanının istehsalının dayandırılması və dabaq xəstəliyi virusunda baş verən dəyişiklikləri göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR