Masallıda 77 yaşlı kişini şantaj edib pul almaqda şübhəli bilinən qadın saxlanılıb

Masallıda 77 yaşlı kişini şantaj edib pul almaqda şübhəli bilinən qadın saxlanılıb
# 17 may 2016 11:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Masallıda 77 yaşlı kişini şantaj edib pul almaqda şübhəli bilinən qadın saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR