Şəmkirdə 25 yaşlı oğlan toy mərasimi zamanı bıçaqlanıb

Şəmkirdə 25 yaşlı oğlan toy mərasimi zamanı bıçaqlanıb
# 28 sentyabr 2015 06:04 (UTC +04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhərinin Nizami Gəncəvi küçəsində yerləşən şadlıq sarayında toy mərasimi zamanı 1990-cı il təvəllüdlü Ağaxan Abdulayevlə 1987-ci il təvəllüdlü Ramin Adıgözəlov arasında mübahisə düşüb. Mübahisə nəticəsində Adıgözəlov A. Abdullayevi bıçaqlayıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir.


Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR