BMT-nin Suriya üzrə xüsusi elçisi Vyanada danışıqlarda iştirak edəcək

BMT-nin Suriya üzrə xüsusi elçisi Vyanada danışıqlarda iştirak edəcək
# 28 oktyabr 2015 23:29 (UTC +04:00)

Bakı-APA. BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura Vyanada keçiriləcək danışıqlarda iştirak edəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə de Misturanın mətbuat katibi Cessi Şahin bildirib.

“Suriya üzrə xüsusi elçi Staffan de Mistura oktyabrın 30-da Vyanada keçirilən danışıqlarda BMT-ni təmsil edəcək”, deyə C.Şahin vurğulayıb.

Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirlərinin Suriyada münaqişənin nizamlanmasına dair növbəti görüşü oktyabrın 29-da Avstriyanın paytaxtı Vyanada baş tutacaq. Oktyabrın 30-da isə danışıqlara bir sıra dövlətlərin (İran, İraq, Misir, Qətər) nümayəndələrinin də qatılacağı gözlənilir.

Qeyd edək ki, “dördlük” formatında son danışıqlar Vyanada oktyabrın 23-də baş tutmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR