Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub
# 18 iyun 2016 21:12 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Heydər Əliyev və Şah İsmayıl Xətai prospektlərinin kəsişməsində qeydə alınıb. Şəhər sakini 1984-cü il təvəllüdlü Elmurad Lətifi yolu keçmək istəyərkən hələlik markası və sürücüsü məlum olmayan avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan Eş Lətifi Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR