Rezidentura imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradılıb

Rezidentura imtahanı ilə bağlı Apellyasiya Komissiyası yaradılıb
# 29 iyul 2016 13:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının iyulun 29-da keçirilmiş ikinci mərhələsi (ixtisas fənləri üzrə) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb. TQDK-dan APA-ya verilən xəbərə görə, Apellyasiya Komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Namizədlər Apellyasiya Komissiyasına 1 və 2 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR