Bakıda bankda oğurluq olub

Bakıda bankda oğurluq olub
# 29 fevral 2016 10:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda bankda oğurluq hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, fevralın 24-də “Turanbank” ASC-nin Nizami rayon“Nur” filialında Bakı şəhər sakini Müşfiq Əhmədova məxsus çantanı oğurlamış paytaxt sakini Elvin Bədəlov Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 26-cı PB-yə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR