Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda qəzalı körpü təmir olunur - FOTO

Bakı-Quba-Rusiya dövlət sərhədi yolunda qəzalı körpü təmir olunur - <span style="color: red;">FOTO
# 09 noyabr 2015 10:27 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yerləşən qəzalı körpüdə təmir işləri aparılır. APA-nın şimal bürosunun xəbərinə görə, Gəndob-Yalama yolunun 27-ci kilometrliyində yerləşən ümumu uzunluğu 60.2, eni isə 10 metr olan körpünün çay yatağının dəyişməsi nəticəsində körpünün üzə çıxan yeraltı dayaqlarının möhkəmləndirilməsi üçün barraj tikilir. Xaçmaz 5 saylı Yol İstismar İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, tikinti işləri 10 gün davam edəcək.

İdarədən körpünün qəzalı vəziyyətə düşməsinin əsas səbəblərindən biri də çay yataqlarının daş karxanaları tərəfindən istismarı olduğu bildirilib.

Xaçmaz rayonunda respublika əhəmiyyətli avtomobil yollarının üzərində yerləşən 9 körpüdən yalnız Vəlvələçayın üzərindəki körpü yük qabiliyyətinə görə müasir tələblərə cavab verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR