Türkiyədə "Demokratiya və Şəhidlər" mitinqini şou adlandıran müğənninin konsertləri ləğv edilib

Türkiyədə "Demokratiya və Şəhidlər" mitinqini şou adlandıran müğənninin konsertləri ləğv edilib
# 11 avqust 2016 15:43 (UTC +04:00)

Bakı - APA. Türkiyədə müğənni Sılanın İstanbul və Bursada keçirilməsi nəzərdə tutulan konsertləri ləğv edilib.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunun səbəbi müğənninin avqustun 7-də İstanbulun Yenikapı meydanında keçirilən "Demokratiya və şəhidlər mitinqini şou adlandırmasıdır.

Müğənni bildirmişdi ki, hərbi çevrilişə qarşı olsa da, Yenikapıdakı şouya qatılmayacaq.

İstanbul Böyükşəhər Bələdiyyəsinin yaydığı yazılı açıqlamada qeyd edilib ki, müğənni Sıla Gençoğlunun sentyabrın 21-22-də Harbiye Cemil Topuzlu açıq hava səhnəsində gerçəkləşməsi nəzərdə tutulan konsertləri Fətullahçı Terror Təşkilatının (FETO) çevriliş cəhdinə qarşı xalqın apardığı mübarizəni şou kimi qiymətləndirməsi səbəbindən ləğv edilib.

Bursa Böyükşəhər Bələdiyyəsinə bağlı Bursa Mədəniyyət Sənət Turizm Dərnəyinin yaydığı açıqlamada isə bildirilib ki, xalqın meydanlarda apardığı mübarizəni şou kimi qiymətləndirən, xalqın qürurlu mübarizəsinə hörmətlə yanaşmayan sənətçilərdən biri olan Sıla Gençoğlunun sentyabrın 28-də Bursa Kültürpark açıq hava teatrında nəzərdə tutulan konsert bələdiyyə tərəfindən ləğv olunub.

Ankarada bir ticarət mərkəzi də konsert proqramının təşkili ilə əlaqədar müğənni Sıla ilə bir ay əvvəl imzaladığı müqaviləni Yenikapı mitinqi ilə bağlı sözlərə görə birtərəfli qaydada ləğv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR