Bakıda mənzillərdən oğurluq edən şəxslər yaxalanıb

Bakıda mənzillərdən oğurluq edən şəxslər yaxalanıb
# 02 mart 2016 08:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzillərdən oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 29-da Binə qəsəbəsi Atçılıq idman kompleksində Bakı şəhər sakini Emin Məmmədovun 802 manatını, 46050 rublunu və evinin açarlarını masanın üzərindən oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1972-ci il təvəllüdlü Həmid Mirzəyev tutulub.

Suraxanı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə fevralın 12-də Əmircan qəsəbəsində Fərhad Cavadovun evindən qızıl-zinət əşyaları və sənədlər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Cavid Sultanlı və 1989-cu il təvəllüdlü Ziya Zamanov saxlanılıblar.

Digər oğurluq hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. Rayonun Zərdabi küçəsində Xatirə Hüseynovanın mənzilindən, pəncərədən keçməklə, 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1976-cı il təvəllüdlü Anar Mirzəyev tutulub. Müəyyən edilib ki, o, ötən il oktyabrın 8-də N. Hikmət küçəsində Siyavuş Mehdiyevin mənzilindən açarseçmə yolu ilə televizor, xəz kürk, noyabrın 3-də isə Mətbuat prospektində İldırım Əsədovun evindən qızıl-zinət əşyaları oğurlayıb.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR