SOCAR qaz hasilatını azaldıb

SOCAR qaz hasilatını azaldıb
# 09 oktyabr 2015 08:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin avqust ayında SOCAR tərəfindən 603,4 min kubmetr qaz hasil edilib.

"APA-Economics"in SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən verdiyi məlumata görə, bu göstərici 2014-cü ilin eyni ayı ilə müqayisədə 6,32% çox, cari ilin iyul ayı ilə müqayisədə isə 0,33% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 570,2 min kubmetr, fevral ayında 519,1 min kubmetr, mart ayında 580,4 min kubmetr, aprel ayında isə 555,6 min kubmetr, may ayında 576,1 min kubmetr, iyun ayında isə 570,6 min kubmetr, iyul ayında isə 605,4 min kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-avqust aylarında SOCAR tərəfindən ümumilikdə 4 580,8 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin ilk 8 ayı ilə müqayisədə 7,72% azdır.

Bu ilin avqust ayında bütün ölkə üzrə 1 844,2 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin eyni ayı ilə müqayisədə 25,36% azdır. Bu ilin iyul ayı ilə müqayisədə isə bu rəqəm 25,27% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda ölkə üzrə 2 496 min kubmetr, fevral ayında isə 2 330 min kubmetr, mart ayı üzrə 2 589,4 min kubmetr, aprel ayında 2 482,3 min kubmetr, may ayında 2 454,7 min kubmetr, iyun ayında isə 2 327 min kubmetr, iyul ayında isə 2 468 min kubmetr qaz hasil edilib.

Bu ilin yanvar-avqust aylarında bütün ölkə üzrə ümumilikdə 18 991,6 min kubmetr qaz hasil edilib ki, bu da 2014-cü ilin yeddi ayı ilə müqayisədə 7,06% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR