Türkiyədə məşhur yarışmanın finalçısı FETÖ ilə mübarizə çərçivəsində tutulub

Türkiyədə məşhur yarışmanın finalçısı FETÖ ilə mübarizə çərçivəsində tutulub
# 17 avqust 2016 13:58 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə hərbi çevriliş cəhdindən sonra aparılan istintaq çərçivəsində Kayseri Ərciyəs Universitetində çalışan 100 nəfər tutulub.

APA-nın “Habertürk”ə istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında 300 polisin iştirakı ilə əməliyyat keçirilib.

Əməliyyat zamanı 10 polis əməkdaşı da tutulub.

Əməliyyatın Kayseri ilə bərabər, Ankara və Tokatda da keçirildiyi açıqlanıb.

Ərciyəs Universitetində saxlanılanlar arasında bədən tərbiyəsi və idman müəllimi “Yetenek Sizsiniz” yarışmasının finalçısı Hakan Akdoğan da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR