Mogerini: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyir”

Mogerini:  “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqiliyini dəstəkləyir”
# 29 fevral 2016 16:55 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O, “status-kvo”nun qəbuledilməz olduğunu deyib: “Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq. Bu münaqişənin həlli bizim üçün prioritet olaraq qalır. Biz həmsədrlərə dəstək olmağa hazırıq. Aİ sülh danışıqlarının aparılmasına tərəfdardır və münaqişənin hərbi yolla həllini görmürük. Çalışmalıyıq ki, hər iki tərəfi sülh prosesinə mane olan çıxışlardan, hərəkətlərdən çəkindirək. Aİ sülhə yönəlmiş fəaliyyətlərə dəstək verəcək. Bu sahədə xüsusi elçimiz olan Helbert Salberlə işə təkan verəcəyik. Münaqişə tərəflərinin yaxınlaşması üçün əlimizdən gələni edəcəyik”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR