Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun iclası keçirilir - YENİLƏNİB

Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun iclası keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 05 aprel 2016 08:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Bakıda Xəzər dənizinin hüquqi statusu ilə bağlı işçi qrupunun 44-cü iclası başlayıb.

APA-nın məlumatına görə, iclasa işçi qrupunun azərbaycanlı üzvü, xarici işlər nazirinin müavini Xələf Xələfov sədrlik edir. İclasda Xəzərin hüquqi statusu ilə bağlı Rusiya Qazaxıstan, İran Türkmənistandan olan işçi qrupu rəhbərləri də qatılıb.

X. Xələfov deyib ki, Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı ölkələrin suverenliyi və hüquqlara hörmət əsasında həll olunmalıdır: “Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın tez bir zamanda imzalanması Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına səbəb olacaq. Bakıda Xəzərin dəniz ətrafı mühitinin qorunması üzrə çərçivə konvensiyası tərəflərinin altıncı konfransının da keçirilməsi nəzərdə tutulub. Azərbaycan tərəfi Bakıda katibliyin yerləşdirilməsi ilə bağlı saziş layihəsini hazırlayıb və bunu Xəzəryanı ölkələrə təqdim edib".

Qeyd edək ki, iclas aprelin 6-da davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR