Nazir: "Neft hasilatının dondurulmasına gələn ay Qətərdə qərar veriləcək"

Nazir: "Neft hasilatının dondurulmasına gələn ay Qətərdə qərar veriləcək"
# 16 mart 2016 12:08 (UTC +04:00)

Bakı - APA-Economics. Neft ixrac edən ölkələrin və OPEC üzvlərinin görüşü cari ilin aprelin 17-də Qətərin paytaxtı Dohada keçiriləcək. "APA-Economics" Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd bin Saleh Əl-Saud bildirib.

Nazirin sözlərinə görə, Rusiyanın da iştirak edəcəyi görüşdə neft hasilatının dondurulması müzakirə olunacaq.

"Hasilatın dondurulmasını dəstəkləyən ölkələrin sayı 15-dir. Bu ölkələrin payına dünya üzrə hasilatın 73%-i düşür", - deyə nazir qeyd edib.

Qətərli məmurun bu açıqlamasından sonra neftin qiymətində cüzi artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR