Xalq artisti Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunacaq

Xalq artisti Ağakişi Kazımovun 80 illik yubileyi qeyd olunacaq
# 20 noyabr 2015 10:45 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 23-də Azərbaycan Teatr Xadimləri İttifaqında xalq artisti Ağakişi Kazımovun yubiley gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, yubiley mərasimində A. Kazımovun sənət dostları çıxış edəcək, rejissorun Azərbaycan teatrının inkişafındakı rolundan danışacaqlar.

Ağakişi Kazımov 1935-ci il iyunun 28-də anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun “Dram və kino aktyoru” fakültəsində ali təhsil alıb. 1969-1970-ci illərdə A.Kazımov əvvəl direktor, sonralar isə baş rejissor kimi Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışıb. “Müsibəti-Fəxrəddin” (N.Vəzirov), “Toy” (S.Rəhman), “Təzə gəlin” (S.Dağlı), “Arşın mal alan” (Ü.Hacıbəyli), “Xoşbəxtliyə gedən yol” (İ.Dunayevski), “Komsomol poeması” (İ.Coşqun), “Məlik Məmməd” (Ə.Abbasov), “Hacı Qənbər” (N.Vəzirov), “Kiçik təpə” (N.Xəzri) və s. Kimi müxtəlif janrlı tamaşalar A.Kazımovun yaradıcılığının estetik mahiyyətini təcəssüm etdirir.

A.Kazımov Akademik Milli Dram Teatrında quruluşçu rejissor vəzifəsində çalışdığı müddətdə “Darıxma, ana!” (N.Dumbadze), “Qəribə oğlan”, “Büllur sarayda” (İ.Əfəndiyev), “Mirzə Şəfi” (N.Xəzri), “Sehrli alma” (Y.Lada), “Çahargah fantaziyası” (K.Kərimov), “Od gəlini” (C.Cabbarlı), “Vaqif” (S.Vurğun), “Özümüzü kəsən qılınc”, “Dar ağacı”, “Rəqabət”, “İkinci səs” (B.Vahabzadə) tamaşalarına quruluş verib.

Ağakişi Kazımov 80 illik yubileyi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR