Bu gün Xızı və Siyəzənin bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq

Bu gün Xızı və Siyəzənin bəzi kəndlərinin qaz təchizatı məhdudlaşdırılacaq
# 25 aprel 2016 06:21 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün saat 10:00-dan 17:00-dək "Qaz İxrac" İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Giləzi" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, təmir müddətində Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad, Sitalçay, Siyəzən rayonunun Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR