Bakıda “Sülh naminə Daş” xatirə simvolunun təqdimat mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda “Sülh naminə Daş” xatirə simvolunun təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2015 12:22 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Bu gün Milli İncəsənət Muzeyində Yaponiyanın “Sülh naminə Daş Assosiasiyası” təşkilatı tərəfindən Azərbaycan Respublikasına hədiyyə edilmiş “Sülh naminə Daş” adlı xatirə simvolunun təqdimat mərasimi keçirilib.

APA-nın xəbərinə görə, təqdimatda tədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Yaponiyanın “Sülh naminə Daş Assosiasiyası” təşkilatının nümayəndələri, Yaponiyanın “KyodoNews” informasiya agentliyinin nümayəndə heyəti, dövlət və hökumət nümayəndələri, media təmsilçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Əbülfəz Qarayev 1945-ci ildə Xirosima şəhərinə atılan bombanın bəşər tarixinin ən böyük faciələrindən biri olduğunu deyib. Nazir bildirib ki, 1991-ci ildən “Sülh naminə Daş Assosiasiyası” tərəfindən dünyanın müxtəlif yerlərində sülh naminə aksiyalar həyata keçirilir. Xirosima şəhərinin dağıntılarından çıxan daş parçalar dünyanın müxtəlif yerlərində yerləşdirilərək sülh simvoluna çevrilir. Bu aksiyanın Bakıda keçirilməsi ilə Yaponiya Azərbaycanda da sülhsevər niyyətlərini çatdırır.

Nazir qeyd edib ki, hazırda Azərbaycan münaqişələr nəticəsində mədəni irsin dağıdıldığı regionda yerləşir.

Səfiri Tsuquo Takahaşi Azərbaycanda fəaliyyət göstərdiyi iki il ərzində azərbaycanlıların Xirosima faciəsinə diqqətlə yanaşdığını şahidi olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR