Prezident İlham Əliyev ABŞ-ın bir sıra ictimai xadimləri ilə görüşüb

Prezident İlham Əliyev ABŞ-ın bir sıra ictimai xadimləri ilə görüşüb
# 31 mart 2016 18:58 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev martın 31-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri – “Armitage International” şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənməsi və möhkəmlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Ötən dövrdə Azərbaycan ilə ABŞ-ın enerji, təhlükəsizlik, sülhyaratma və digər sahələrdə yaxşı əməkdaşlığının olduğu vurğulanıb. Ölkələrimiz arasında münasibətlərin güclü təməl üzərində qurulduğu, hazırda əlaqələrin yeni mərhələyə daxil olduğu qeyd edilib. Azərbaycan-ABŞ əməkdaşlığının bundan sonra da bütün sahələrdə genişlənəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR