GÜNÜN ŞƏRHİ
Səudiyyə Ərəbistanının xaricdəki kapitalı ölkəyə qaytarmasının səbəbi başqadır. Səudiyyəlilər bununla neftin ucuzlaşmasından gördüyü zərəri kompensasiya etmək istəmirlər. Əksinə, bu addımı atmaqda məqsəd dünyada başlamış iqtisadi böhranı daha da dərinləşdirməkdir. Hədəf – Səudiyyənin öz maraqları deyil, Ər-Riyad bu prosesdə Qərbin maraqlarını müdafiə edir. Rusiyaya qeyri-rəsmi müharibə élan edən ABŞ neftin ucuzlaşmasının əsas təşəbbüskarıdır və bu niyyətini də Səudiyyə Ərəbistanı, yəni həm də OPEK vasitəsilə uğurla gerçəkləşdirib. Neftin qiymətinin tədricən sabitləşməsi Rusiyaya təzyiq imkanlarını azaldıb, bu səbəbdən iqtisadi böhranı stimullaşdırmaq üçün maliyyə bazarlarını çalxalamaq kimi üsullara əl atılır. Səudiyyənin müxtəlif fondlardan külli miqdarda vəsaitini geri çəkməsi buna imkan verəcək. Ər-Riyad bu prosesdə təkcə ABŞ-ın sifarişçisi rolunu ifa etmir, parallel olaraq əzəli rəqibi olan İran və Çinin də maraqlarına zərbə vurmağı planlaşdırır.
Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Oktyabr
01 oktyabr 2015 17:18 (UTC +04:00)
Sosial
Paytaxtda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak edib - FOTO - YENİLƏNİB
13:36
19 may 2024
2023-cü ildə 30 500 şəkərli diabet xəstəsi qeydə alınıb
12:43
19 may 2024
Sabah Azərbaycanın bəzi rayonlarında leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək
12:21
19 may 2024
DİN uşaqların kiber təhlükəsizliyi ilə bağlı valideynlərə müraciət edib - VİDEO
10:34
19 may 2024