Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Oktyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 1 Oktyabr
# 01 oktyabr 2015 17:18 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Səudiyyə Ərəbistanının xaricdəki kapitalı ölkəyə qaytarmasının səbəbi başqadır. Səudiyyəlilər bununla neftin ucuzlaşmasından gördüyü zərəri kompensasiya etmək istəmirlər. Əksinə, bu addımı atmaqda məqsəd dünyada başlamış iqtisadi böhranı daha da dərinləşdirməkdir. Hədəf – Səudiyyənin öz maraqları deyil, Ər-Riyad bu prosesdə Qərbin maraqlarını müdafiə edir. Rusiyaya qeyri-rəsmi müharibə élan edən ABŞ neftin ucuzlaşmasının əsas təşəbbüskarıdır və bu niyyətini də Səudiyyə Ərəbistanı, yəni həm də OPEK vasitəsilə uğurla gerçəkləşdirib. Neftin qiymətinin tədricən sabitləşməsi Rusiyaya təzyiq imkanlarını azaldıb, bu səbəbdən iqtisadi böhranı stimullaşdırmaq üçün maliyyə bazarlarını çalxalamaq kimi üsullara əl atılır. Səudiyyənin müxtəlif fondlardan külli miqdarda vəsaitini geri çəkməsi buna imkan verəcək. Ər-Riyad bu prosesdə təkcə ABŞ-ın sifarişçisi rolunu ifa etmir, parallel olaraq əzəli rəqibi olan İran və Çinin də maraqlarına zərbə vurmağı planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR