Binəqədidə yanmış binaya əsaslı təmirdən sonra sakinlərin köçürülməsinə başlanıb - FOTOSESSİYA - VİDEO

Binəqədidə yanmış binaya əsaslı təmirdən sonra sakinlərin köçürülməsinə başlanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 28 sentyabr 2015 10:42 (UTC +04:00)

Bu gündən başlayaraq sakinlərin binaya köçürülməsi prosesinə start verilib.

“Azəraqrartikinti” Şirkətinin sahə rəisi Vüqar Əliyev APA-ya açıqlamasında bildirib ki, binada mənzillərin əsaslı təmir işləri tam başa çatdırılıb. Onun sözlərinə görə, ötən 4 ay ərzində 500 fəhlə və usta 24 saat ərzində fasiləsiz iş rejimində çalışıb və Qurban bayramı ərəfəsində əsaslı təmir işləri tam yekunlaşıb. Ümumilikdə binada 59 mənzil əsaslı təmir olunub. Mənzillər mebel və məişət avadanlıqları ilə təmin edilib.

Binaya köçən ilk sakinlərdən olan Xanım Məmmədova 9-cu mərtəbədə yerləşən mənzilinin əsaslı təmir olunduğunu və razı qaldığını deyib.

Qeyd edək ki, mayın 19-da çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb. Binada əsaslı təmir və yenidənqurma işləri aparılması üçün 3 milyon manat ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR