“İrəli” “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə başlayıb

“İrəli” “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə başlayıb
# 19 may 2016 10:58 (UTC +04:00)

Bakı-APA. “İRƏLİ” İctimai Birliyi (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə başlayır.

İB-dən APA-ya bildirilib ki, Forumda 15 regiondan 60-dək gəncin iştirakı nəzərdə tutulub. Layihənin əsas məqsədi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda gənclərinin şəxsi inkişafına təkan vermək üçün bölgələrdə fəaliyyət göstərən gənclərin birgə fəaliyyətlərini stimullaşdırmaqdır.

Layihə çərçivəsində region gəncləri ilə yanaşı, yerli Gənclər Evləri rəhbərləri, Gənclər və İdman İdarəsi əməkdaşları Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusunda bir neçə günlük xüsusi panellərdə iştirak edəcək və təkliflər hazırlamaq imkanı yaradılacaq.


Forum zamanı qarşılıqlı mübadilənin aparılması üçün regionlar arasında əlaqələndirmə platformalarının yaradılması və mütəmadi məlumatlandırma proqramlarının işlənilməsi nəzərdə tutulub.


Layihə benefisiarlarının 2016-cı il Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə xüsusi tədbirlər planı ilə iştirakı planlaşdırılıb. Forum Gəncə şəhər İcra Hakimiyyəti və Gəncə 2016-cı il Avropa Gənclər Paytaxtının təşkilatı dəstəyi ilə iyun ayında Gəncədə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR