Bu il BTC ilə 1,6 mln. ton tranzit nefti nəql edilib

Bu il BTC ilə 1,6 mln. ton tranzit nefti nəql edilib
# 18 may 2016 11:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 14 mln. 906,6 min ton neft nəql edilib.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, nəqletmənin 78,6%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-aprel ayları ərzində bu kəmər vasitəsilə 11 mln. 717 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 1,6 mln. ton tranzit nefti də nəql edilib.


Bu ilin dörd ayı ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 7332,0 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,9% azalma müşahidə olunub.

Qazın nəqlinin 34,3%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2515,4 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR