Rusiya XİN rəhbərinin İrəvana səfəri ilə bağlı məlumat yayılıb

Rusiya XİN rəhbərinin İrəvana səfəri ilə bağlı məlumat yayılıb
# 19 aprel 2016 14:51 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 21-22-də İrəvana rəsmi səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfər çərçivəsində S. Lavrovun Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri nəzərdə tutulub.

Rusiyalı nazirin keçirəcəyi görüşlərdə regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Bir müddət öncə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaranmış gərginliklə əlaqədar Dağlıq Qarabağ probleminin müzakirəsinə xüsusi diqqət ayrılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR