Şirvan. Əlibəy Zeynallı - APA. Şirvanda yanacaqdoldurma məntəqəsinə basqın olub, məntəqənin operatoruna xəsarət yetirilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, iki naməlum şəxs mayın 4-dən 5-nə keçən gecə Hacıqabul-Bəhrəmtəpə magistralının üstündə, Şirvan şəhəri ərazisində yerləşən “Nur” yanacaqdoldurma Məntəqəsinə basqın edərək, məntəqənin əməkdaşı, Sabirabad rayonu Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü Əhmədov Elvin Əzim oğluna ağır bədən xəsarətləri yetirib.
Basqınçılar kassadan 453 manat götürərək qaçıblar.
E. Əhmədov burun sümüyünün sınığı və digər xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib, ona ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Polis hadisəni tərədənlərin tapılması istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın olub
05 may 2016 14:08 (UTC +04:00)
Hadisə
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb - YENİLƏNİB
11:17
5 may 2024
Bərdədə 3 otaqlı ev yanıb
09:46
5 may 2024
Göyçayda narkotikin təsiri altında avtomobil idarə edən şəxsin sürücülük hüququ məhdudlaşdırılıb
09:31
5 may 2024
Bakıda məişət tullantıları yanıb, 1 nəfərin meyiti tapılıb
09:20
5 may 2024