Latviyanın iri süd istehsalçısı Azərbaycana 7,6 mln. avroluq məhsul ixrac edib

Latviyanın iri süd istehsalçısı Azərbaycana 7,6 mln. avroluq məhsul ixrac edib
# 14 sentyabr 2015 07:30 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Latviyanın süd məhsulları istehsal edən “Ricas Piena Kombinats” şirkətindən idxal etdiyi məhsulun həcminə görə Azərbaycan ikinci yeri tutub.

APA-Economics” xəbər verir ki, şirkət ümumilikdə ötən il 58,8 mln. avro dəyərində məhsul ixrac edib. İxracatın 13%-i və ya təxminən 7,6 mln. avroluq hissəsi Azərbaycanın payına düşüb.

Qeyd edək ki, şirkətin ixrac etdiyi məhsulun yarıdan çoxu (52%) Rusiyanın payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR