Suriyada rusiyalı jurnalistlərin avtomobili atəşə tutulub, üç jurnalist yaralanıb

Suriyada rusiyalı jurnalistlərin avtomobili atəşə tutulub, üç jurnalist yaralanıb
# 24 noyabr 2015 10:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Suriyada rusiyalı jurnalistləri daşıyan avtomobilə atəş açılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, ötən gün KİV nümayəndələri Suriya ordusunun Daqmaşliya yaşayış məntəqəsindəki ön cəbhəsinə gedərkən atəşə məruz qalıblar.

Avtomobil tank əleyhinə raket kompleksi tərəfindən atəşə tutulub. TASS agentliyinin əməkdaşı Aleksandr Yelistratov, RT-nin əməkdaşları Sarqona Xadayya və Roman Kosarev yaralanıblar. Onların həyaları üçün təhlükə olmadığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR